Xalq artisti kimə İRAD TUTDU: “Sənətdən xəbəri olmayana sənətkar deyirlər” - VİDEO
“Baxırsan incəsənətdən xəbəri olmayan birinə aparıcı “sənətkar” deyə müraciət edir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Xalq artisti, tanınmış aktyor Tariyel Qasımov deyib.
O, nə qədər tərifləsələr də, “elin gözünün tərəzi” olduğunu bildirib:
“Küçədə məni görən tamaşaçılar da eyni sualı mənə verir ki, niyə sənətdən xəbəri olmayanlara “böyük sənətkar” deyirlər, buna necə baxırsız? Onsuz da tamaşaçı yaxşı bilir kim sənətkardır, kimin sənətdən xəbəri yoxdur”.
Ətraflı videonu təqdim edirik:
Cəvahir Samir Məcidov












