Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədov növbəti döyüşünü də qələbə ilə başa vurub.
Yeniçağ.Az xəbər verir ki, idmançımızın qarşısında bu dəfə belçikalı Məhəmməd Malik Sinistra (Frederik Sinistra) tab gətirə bilməyib.
“Mauqli”nin güclü zərbəsindən sonra zədələnən belçikalı, mübarizəni davam etdirmək gücündə olmayıb. Bu səbəbdən hakimlər Türkiyənin İstanbul şəhərində keçirilən döyüşün Zabit Səmədovun qələbəsi ilə başa çatdığını elan edib.
Həmin anın videosunu təqdim edirik:
Yeniçağ.Az