Zaxarova: "Avropa Ukraynada heç bir sülh haqqında düşünmür"

media-hightechnic-468x90

“Avropa hələ də Ukraynada hərbi əməliyyatların davamına və gərginliyin eskalasiyasına ümid bağlayır, sülh barədə isə heç düşünmür”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki,  bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə danışıb.

“Avropa, Qərbi Avropa himayədarları – ilk növbədə, Avropa İttifaqı və Britaniya – Kiyev rejiminin heç bir sülh barədə düşünmürlər. Onlar yalnız pulları barədə düşünürlər: guya Kiyev rejiminə köçürəcəklər, sonra isə geri alacaqlar. Hələ də gərginliyin eskalasiyasına ümid bağlayırlar və məhz bu səbəbdən sonuncu ukraynalıya qədər döyüşlərin davamına arxalanırlar”,- deyə o vurğulayıb.

“Niyə? Çünki onlara yalnız pul lazımdır”, – Zaxarova qeyd edib.

Diplomat əlavə edib ki, avropalılar pulları geri “rəsmi şəkildə verilmiş vəsait kimi deyil, korrupsiya sxemi vasitəsilə” alacaqlar.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05