Zeynel Abidin Kıymaz: “Türkiyə və Azərbaycan Asiyanı Avropaya birləşdirən strateji QALADIR"
“Zəngəzur dəhlizi hər iki ölkəni dünyanın lojistik mərkəzinə çevirəcək”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Türkiyənin Halk Gazeteciler Birliğinin rəhbəri Zeynel Abidin Kıymaz deyib.
Z.A.Kıymaz bildirib ki, Ankara və Bakı arasındakı səmimi dostluq artıq təkcə siyasi deyil, həm də qlobal iqtisadiyyatın taleyini həll edən bir gücə çevrilib:
“Eyni dili danışan, eyni tarixi yaşamış iki xalqın strateji bölgədə sabitlik şəraitində inkişaf etməsi sevindirici haldır. Türkiyə və Azərbaycanın əldə etdiyi bu uğurlar digər ölkələri, xüsusilə Asiyadakı Türk respublikalarını təşviq edəcək və onlar üçün real inkişaf nümunəsi olacaqdır”.
Zeynel Abidin Kıymaz Qarabağ zəfərindən sonra yaranan yeni logistik reallıqlara da diqqət çəkib:
“Qarabağ zəfərindən sonra gündəmə gələn Zəngəzur dəhlizi dəmir yolu və avtomobil yolu vasitəsilə Asiyanı Avropa ilə birləşdirəcək. Bu layihə həm Azərbaycanı, həm də Türkiyəni nəqliyyat sahəsində dünyanın ən strateji lojistik mərkəzinə çevirəcək. Bu birlik Türk dünyası üçün tarixi əhəmiyyət daşıyır”.
Ətraflı videomaterialda:
Sona Əliyeva
Səxavət Əliyev












