Yazı İçi 468×60

elshen-musayev-24-03-2012Dostum necə danışıbsa o cür də nəql edirəm: ” Qaqa, demək bir gün toydayam. O gədə var e…. Nurçu haqq – hesabında “vurulan”…(adını deyir) Bu da arvadı ilə gəlib həmin toya. Çoxdan bəri şərik olmağa cəhd etdiyi nazir oğlu isə təsadüfən düşüb bunların masasına…

İndi gədə sevincək olub. Əl qatıb özünə, bilmir neyləsin. Nazir oğlu oynamağa qalxan kimi bu da durur. Üstəlik, özü azmış kimi arvadını da sürüyüb atır ortalığa.

Təsəvvür elə sağlıqların, təriflərin, komplimentlərin biri bir qəpikdən havaya uçur. Elə bir “polmolive”in düsturunu, tərkibini qaqam yazıb. Bax o qədər peşəkarcasına….

Və…bir müddətdən sonra baxam ki, nə? Rəqs vaxtı həmən bu gədə arvadını zorla itələyir nazir oğlunun üstünə. Onları qoşalaşdırmaq, bir-birinə yapışdırmaq üçün özünə əməllicə cəhd gəlib. Ara-sıra da mənasız, ritmsiz çəpiklər çalır, “oppa”, “supppa” – deyib cütlüyü qızışdırır, onlara stimul verir…

İkimizin canı, nazir oğlu şokda idi. Pərt olmuşdu. Utanırdı. Bilmirdi nə reaksiya versin. Hətta aras-sıra kameralara da göz gəzdirirdi ki, görsün yaxınlıqdadırlar ya yox. Bu biri “gözünədöndüyüm” isə…..pəhhh….öz kayfında idi. Dizini yerə qoyub şəkil çəkirdi. Bir – birindən gözəl əsrarəngiz pozaları, 21-ci əsrin “peysərlik nümunələri”ni foto – obyektivə köçürürdü. Üstəgəl, xoşbəxtcə! Bəxtəvərcə!

Hətta imkanı olsa dilə gəlib nazir oğluna yalvarardı: Allah xətrinə, noolar bu gün arvadımı apar, sal yatağa. Sənin olsun. Mənim də layihələrim tutsun, işim getsin. Şərik olaq…”

***

Bir dəfə belə bir fikir işlətdim: “Sanki biqeyrətlik – Nurçuların Azərbaycandakı heyətinə qəbul üçün qoyulan əsas şərtdir!. CV – də ən çox bu nüansa diqqət yetirilir. Yəni variant yoxdur: hansısa formada qeyrət və namus anlayışından qısır qalmalısan. Yoxsa olmaz” Mötərizədə də xüsusi arayış verdim: “Aralarında əgər həqiqətən də ailə təəssübü çəkən varsa bu dediyimi özünə götürməsin. Mənim sözüm peysərlərədir”

Səhər gördüm biri axtarır: “Qardaş, biz sənə neyləmişik?”

***

Təxminən iki İlin söhbətidir. Demək bir ad günü məclisində oturmuşuq. Geniş də ortamdır. Baxdım ki, həmin bu “nurik”lərdən biri tez – tələsik, üstəgəl hövlanək gəlib oturdu yanımda. Salamsız – kəlamsız da başladı söhbətə: “Xəbərin var, filankəs (çox yüksək vəzifəli şəxsin adını çəkir) sənin haqda rəhbərliyə nə deyib?. Deyib Elşən vəhhabidir”

Təsəvvür edin, əlimdə də araq “rumka”sı var. Elə ona nəzərən qayıtdım ki, “bununla vəhhabilik olar?”. Dedi, qardaş mən səni tanıyıram e… Amma o adam əlindəki bütün resursları istedadlı insanların məhvinə yönəldib. Sənə məsləhətim budur ki, məlum mövzu haqda bir yazı yaz. Özünü gələcək təhlükələrdən, iftiralardan sığortala…”

Mən də yazdım. Axmaqca. Sadəlöhvcə.

Düzdür, haqqında danışdığı adamın mənə qarşı nəsə edəcəyinə inanmırdım, inanmadım, inanmazdım. Fəqət yenə də “lənət şeytana” deyib yazdım. Kiməsə eyham vurmadan. Sadəcə özümü qorumaq üçün…

Və çox sonralar biləcəkdim ki, bu şərəfsiz, bu əxlaqsız seyidəhməd əli ilə ilan tuturmuş. Məni məqsədli şəkildə qızışdırırmış…Oyuna atırmış….Kimdənsə acığını çıxırmış,…

Kişi fahişəliyi “yapırmış”…

****

Hələ bir dəfə tədbirə çağırıblar. Getmişəm. Çıxış üçün söz aldım. Almaz olaydım. İqtidarı tam anlamı ilə dəstəkləyən nitqimdən sonra üzərimə elə bir şəkildə şığıdılar ki…..Bir məni söymədikləri qaldı.

Yerdən mırt tutan kim, məqsədli atmacalar, gic – gic “replika”lar atan kim…

Vallah bir anlıq özümü AXCP-nin iclas salonunda hiss elədim. Hətta azacıq qorxdum. Diksindim. Ayıldım. Zaldan çıxdım. Kuluarda kimsənin keçməyəcəyi, görməyəcəyi yerlər axtardım. Gizlənən – fason oldum….

Hə…unutmadan çıxışdakı əsas “günah”ımı da deyim: İlham Əliyevi özümə siyasi ideal hesab etmişdim. İştirakçıların idealı isə demə “panel”də mənimlə bərabər oturan şəxs imiş….Bu üzdən söylədiklərim onların “çest”inə dəyibmiş!!!

Çörəyi dizində “stkoç”la da qalmayan nankorlar!!! !!!!

***

Mətbu orqanlarındakı bəzi gülməşəkər (qlamur) xanımlar isə məni binayi qədimdən sevməzdi. Hətta bir müddət onların “Facebook” repressiyalarından qorunmaq üçün bir xeyli əqli resurs sərf eləməli oldum. Və yenə də bənzər problem: Mən İsa Qəmbərdən, Əli Kərimlidən nə istəyirəm? Onlarla alıb-verə bilmədiyim nədir?

Ay qardaş, hələ radikal müxalifət qalsın bir yana e…aktrisalardan, müğənnilərdən yaza bilmirdim. O dəqiqə alırdılar məni haydı-huyduya. Niyə? Çünki, pencəyində gül gəzdirən, “instaqram”da sürdüyü maşının nömrəsini paylaşan, ağ şalvarının altından qara alt paltarı geyinən məşhur nurçu “qaqam”ın demə bunlarla “isti” münasibəti varmış…

Onlar toxunulmazmış….

Axırda təngə gəlib “yiyə”lərinə zəng elədim. Dedim, küçüklərini yığışdır…Sağ olsun, yığışdırdı. Zingildəyə-zingildəyə getdilər…

***

Emin Milli var. Hamınızın tanıdığı. O bilirsinizmi necə müxalifətçi olub? Nurçuların cidd – cəhdi ilə. Oysa, adam əməllicə iqtidar müdafiəçisi imiş. Konkret layihələrlə işləyirmiş. Hakimiyyətə bağlıymiş. Amma bu “nurik”lər nə oyun çıxarıblarsa, bir an içində dönüb olub müxalifətçi….

Ya da Erkin Qədirli…Bir vaxtlar AZTV-nin efirindən yığışmırdı. Savadlı da hüquqşünasdı. Bir baxdıq ki, “REAL”dadır. Niyə? Yenə də bəlli şəbəkənin “təcrid mexanizmi” ucbatından…

Və… onların nəzərində üçüncü şəxs Elşən Musayev olmalı idi. Hətta bunun üçün əllərindən gələni əsirgəmədilər. Bütün nəfəslikləri qapatdılar. İstedadlı gəncləri 5 illik “kurasiya kabus”unun qurbanına çevirdilər. Hamımız “hava”da qaldıq. Səbəb? – Çünki, o bayaq haqqında danışdğım ağ şalvar – qara alt paltarlı gədə olimpə gedən yolun ağzında “filter”kimi durmuşdu…Hər şey onunla məsləhətləşilirdi! Çox şey onun iradəsi ilə həllini tapırdı…!

Allahdan “sonu” gözləyə bildik. Səbr etdik. Ruhən məhv olmadıq.

Oysa, inanın mənə…bu həyatda elə şərəfsizlik, tərbiyəsizlik formulları var ki, onu istənilən insana qarşı yönəltsən, anındaca hər şeyə tüpürüb yolundan, fikrindən sapar….mövqeyini dəyişər, bir saniyə içində dönüb olar tam başqa adam…

Bəzən ağzımızda tüpürcəyimizi qurutduq. Tüpürcəyimizi….!!!

***

İndi sizmisiz sosial şəbəkələrdə, qruplarda, səhifələrdə mənə siyasət, fəlsəfə, söhbət xırdalayanlar?

Bu günə qədər susdum. Sözümü, səsimi boğdum. Dişimi dırnağımla qapadım.

Çünki tərəf olmaq istəmədim. “Allah vuranı bir də bəndə vurmaz” – amacına kökləndim…

Amma yox!!! Demək ki, təpənizdə daha bir şapalağa yer varmış…!!!

Susun və bir də danışmayın…

Boğazsız siz mənim yanımda. “BOĞAZ”!!!

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 34
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."