Mehriban Əliyevanın açılışında iştirak etdiyi binanın sakinləri yolu bağladı – İşıqsızdırlar

Müəllif: Baş Redaktor

Baş Redaktor

14312581894622642793_1000x669Məcburi köçkünlər Heydər Əliyev prospektini bağladılar. Bu barədə Yenicag.az-a Xırdalandan məlumat verilib. Xəbərdə deyilir ki, iki gündən bəri işıqsız qalan məcburi köçkünlər etiraz əlaməti olaraq, yolu bağlayıblar.

Qeyd edək ki, işıqsız qalan bina bu ilin may ayında istifadəyə verilib. Mayın 10-da Abşeron rayonunun Xırdalan şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə məcburi köçkün ailələri üçün inşa edilən binanın açılışında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva binanın açılışında iştirak ediblər.

Bu binada Xırdalan ət kombinatının ərazisində məskunlaşmış Kəlbəcər, Zəngilan və Füzuli rayonlarından məcburi köçkün ailələri yerləşdirilib.

Göründüyü kimi, dövlət məcburi köçkünlərə lazımı qayğı göstərsə də, yerli məmurlar qışın soyuğunda onları işıqsız qoymaqdadırlar.

O da qeyd olunur ki, bina “Kristal Abşeron” MMC tərəfindən inşa edilib və keyfiyyəti ilə də bağlı müəyyən problemlər var.

Xəbər gec saatda daxil olduğu üçün dəqiqləşdirmə apara bilmədik.

Mövzu diqqətimizdədir.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir