Saakaşvili Poroşenkonu rüşvətxorluqda ittiham etdi

Saakaşvili Poroşenkonu rüşvətxorluqda ittiham etdi

Müəllif: resul

Editor

Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Petro Poroşenkonu yalançılıq və rüşvətxorluqda ittiham edib.

Yeniçağ.Az-ın Oxu.Az istinadən verdiyi məlamatına görə, o bu barədə “112 Ukrayna” telekanalının efirində çıxışı zamanı deyib.

“Ukrayna höküməti sadəcə vəzifələrin alqı-satqısı ilə məğşuldur. Prezident həyasızcasına yalan danışır. O, Odessa gömrüyündən əldə edəcəyi pulları nəzərdə tuturdu. Mənim rəhbərliyim vaxtımda Poroşenko bu pullardan məhrum olmuşdu”, – Saakaşvili bəyan edib.

Həmçinin Gürcüstanın sabiq prezidenti öz Facebook səhifəsində Poroşenkonun iki qulduru dəstəkləməsi barədə yazıb.

“Bu gün Petro Poroşenko açıq şəkildə iki qulduru – Odessa büdcəsini mənimsəyən separatçı Truxanov (Odessanın hazırki meri) və regionun büdcəsini dağıdan Urbanskini – dəstəkləyir”, – deyə Sakaaşvili narazıçılığını bildirib.

Yeniçağ.Az

Xəbərlər, Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti