20 mindən çox insan Messinin məşqini izləmək üçün toplaşdı
Argentina millisinin və ABŞ-ın “İnter Mayami” komandasının futbolçusu Lionel Messi İspaniyanın “Elçe” klubunun stadionunda məşq edib.
Yenicag.az xarici mətbuata istinadla xəbər verir ki, Argentina yığmasının “Manuel Martines Valero” arenasında keçirilən təlim-məşq toplanışını 20 mindən çox insan izləyib.
Messiyə La Liqa komandasının forması hədiyyə edilib.
Argentinalı ulduz sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib: “Uzun müddətdir burada deyiləm, amma belə dəstəyi hiss etmək həqiqətən xoş idi. Gələn hər kəsə təşəkkür edirəm, tribunalarda çoxlu argentinalı var idi. Hamınızı yenidən görmək çox gözəl idi”.
Qeyd edək ki, Argentina millisi Anqola ilə yoldaşlıq oyunu öncəsi İspaniyada təlim-məşq toplanışı keçir.












