Ərdoğan: "Tramp Türkiyəyə "F-35" qırıcılarının çatdırılmasına müsbət yanaşır"
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə beşinci nəsil “F-35” qırıcılarının tədarükünə müsbət yanaşır.
Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitinin Ankarada keçirilən mətbuat konfransında deyib.
“Trampın “F-35” tədarükü məsələsinə yanaşması müsbətdir. “F-35″lər Türkiyəyə təhvil veriləndə dünya görəcək ki, ABŞ sözünü tutur”, – Ərdoğan bildirib.
Qeyd edək ki, Ərdoğana daha əvvəl “F-35” qırıcıları və Rusiyadan alınmış “S-400” zenit-raket kompleksləri ilə bağlı da sual ünvanlanmışdı. O isə buna qısa şəkildə “İzləməyə davam edin” cavabını vermişdi.
ABŞ Prezidenti Donald Tramp isə NATO sammitinin yekununda hələlik Türkiyəyə “F-35” qırıcılarının tədarükü ilə bağlı yekun qərar vermədiyini bildirib. Bununla belə, o, “Amma mən daha çox belə deməyə meylliyəm: baxın, o (Ərdoğan) bizə necə kömək edir!” sözləri ilə Ankaraya müsbət münasibət nümayiş etdirib.













