!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"218 min pulu 4-6 aylıq faizə verdim"- Müzəffər Salmanovun cinayət işi

!Reklam – Yazi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Vüsal Qasımzadənin məhkəmə prosesinin növbəti iclası keçirilib.

Yenicag.az Unikal.az-a istinadən xəbər verir ki, zərərçəkmiş Müzəffər Salmanov ifadə verərək bildirib ki, “Mən Vüsala 218 min pulu 4-6 aylıq faizə verdim, atmatur biznesi ilə məşğul idim. Sonda pulumun tam hissəsini qaytaracaqdı. Faiz kimi isə üstündə 60 min manat verməli idi. Mən pulu ona bir neçə dəfəyə hissə-hissə vermişəm. Mənə cəmi 8 min xeyir kimi pul qaytarıb. Həbs ediləndə isə, dayısıoğlu Azər gəldi ki, bizə vaxt ver borcdan ödəyək. Azər Fövqəladə Hallar Nazirliyində idarə rəisi işləyirdi. Tutulan dedi ki, evim var, satıb verəcəm. Ancaq qohumu Azər dedi ki, öyrənmişik, heç nəyi yoxdur. Mənə ziyanın əvəzinə Yasamalda yeni tikilidən mənzil təklif olundu. Ancaq ondan da xəbər çıxmadı”.

Vüsal Qasımzadə isə üst-üstə Müzəffər Salmanov 81 min manat faiz verdiyini qeyd etdi.

Sonra zərərçəkmişin istintaqda verdiyi ifadəsi elan olundu. Məlum oldu ki, Müzəffər Salmanov Vüsala pulu 2019-cu ilin oktyabrından 2021-ci ilin mart ayına kimi hissə-hissə verib”.

Məhkəmə prosesi 8 iyul tarixinə kimi təxirə salınıb.

www.yenicag.az

155
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv