Bitcoin”in qiyməti 62 min dolları ötüb

media-hightechnic-468x90

Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyətində qiymət artımı qeydə alınıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, CoinMarketCap platformasında qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 1,30% artaraq 2,16 trilyon dollara çatıb. CMC20 indeksi isə 1,56% yüksələrək 128,25 bənd olub.

 

Bazarın ən böyük kriptovalyutası olan Bitcoin son 24 saatda 1,15% bahalaşaraq 62 422,49 dollara yüksəlib.

Bazar kapitallaşmasına görə ikinci yerdə qərarlaşan Ethereum isə son sutkada 2,15% bahalaşaraq 1 753,99 dollardan ticarət olunub.

İlk onluqda yer alan digər kriptovalyutalarda da əsasən müsbət dinamika müşahidə olunub. BNB son sutkada 1,19% bahalaşaraq 568,98 dollara, Zcash 5,36% artaraq 460,01 dollara, Monero 3,05% yüksələrək 327,64 dollara, Bitcoin Cash 1,51% bahalaşaraq 226 dollara, Bittensor isə 0,14% artaraq 214,65 dollara çatıb.

Qeyd edək ki, bazarda müsbət dinamika investorların risk iştahının artması, Ethereum üzrə birjalardan vəsait çıxarılmasının son illərin ən yüksək səviyyəsinə çatması və institusional investorların kriptovalyutalara marağının davam etməsi fonunda müşahidə olunur.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05