23 yaşlı fəhlə hündürmərtəbəli binadan yıxıldı – Masazırda

Abşeron rayonunun Masazır qəsəbəsində bədbəxt hadisə baş verib.

Yenicag.az xəbər verir ki, 1996-cı il təvəllüdlü Məmmədov Pərviz Hüseyn oğlu Masazırda yerləşən hündürmərtəbəli binadan yıxılıb.

O, dərhal 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Yaralıya kəllə-beyin travması diaqnozu qoyulub. Bildirilir ki, P.Məmmədov həmin binada fəhlə işləyirmiş.