Xəbər verdiyimiz kimi, Hindistanın Əhmədabad hava limanında 242 nəfəri daşıyan sərnişin təyyarəsi qəzaya düşüb.
Yenicag.az hadisə anının görüntüsünü təqdim edir.
“Görünən odur ki, qəzaya uğrayan təyyarənin göyərtəsində sağ qalan yoxdur”.
Yenicag.az “Associated Press“ə istinasən xəbər verir ki, bunu Hindistanın Əhmədabad vilayətinin polis komissarı bildirib.
O əlavə edib ki, təyyarənin yaşayış məntəqələri və ofislərin sıx yerləşdiyi əraziyə düşməsi yerli sakinlər arasında da ölənlərin olduğunu deməyə əsas verir:
“Hazırda yekun rəqəmlərlə bağlı dəqiqləşmələr aparılır”.
***
Hindistan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ən azı 40 nəfər həlak olub.
Yenicag.az xəbər verir ki, bu barədə Hindistan mənbələri məlumat yayıb.
Təyyarə qəzaya uğrayarkən göyərtəsində ümumilikdə 242 nəfərin olduğu bildirilir. Onlardan 169-u Hindistan, 53-ü Böyük Britaniya, 1-i Kanada və 7-si Portuqaliya vətəndaşıdır.
Hindistanın aidiyyəti qurumları hələ də qəzanın səbəbini təsdiqləməyiblər.
Xəbər verdiyimiz kimi, Hindistanın Əhmədabad hava limanında 242 nəfəri daşıyan sərnişin təyyarəsi qəzaya düşüb.
Yenicag.az hadisə anının görüntüsünü təqdim edir.