Banqladeşdə daşqın nəticəsində 51 nəfər ölüb
Banqladeşdə ölkənin yeddi rayonunu əhatə edən daşqınlar nəticəsində azı 51 nəfər həlak olub, daha 39 nəfər xəsarət alıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Business Standard” nəşri məlumat yayıb.
“Ölkənin cənub-şərq və şimal-şərq bölgələrinin yeddi rayonunda daşqınlarla bağlı vəziyyət aramsız leysan yağışları, çayların yuxarı axınlarında su səviyyəsinin qalxması və torpaq sürüşmələri səbəbindən pisləşib”, – deyə materialda qeyd olunub./oxu.az/













