270 nəqliyyat vasitəsi və texnika hərraca çıxarıldı

media-hightechnic-468x90

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sentyabrın 16, 23 və 30-da keçiriləcək hərraclara 270 nəqliyyat vasitəsi və texnika çıxarılıb.

media-banner_tuq

Yenicag.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, sentyabrın 16-da keçiriləcək hərraca 6 lot üzrə 157 nəqliyyat vasitəsi, sentyabrın 23-də keçiriləcək hərraca 31 lot üzrə 58 nəqliyyat vasitəsi, sentyabrın 30-da keçiriləcək hərraca isə 7 lot üzrə 55 nəqliyyat vasitəsi və texnika çıxarılıb.

Avtomobil və texnikaların buraxılış tarixləri 1974-2013-cü illəri əhatə edir.

Hərraca çıxarılan dövlət əmlakının siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05