Üç qol vurdu, ikisini öz qapısına – VİDEO

İspaniya La Liqasının 21-ci turu çərçivəsində keçirilən “Leqanes” – “Espanyol” matçında maraqlı anlar yaşanıb.

Yenicag.az xəbər verir ki, Barselona təmsilçisinin futbolçusu Mario Hermoso öz qapısına iki, rəqib qapısına isə bir qol vurub.

O, bir oyun ərzində 2 avtoqol, bir də qol vurmaqla La Liqanın tarixinə düşüb.

Qeyd edək ki, qarşılaşma “Leqanes”in 3:2 hesablı qələbəsi ilə başa çatıb.