30 avqust – Türk millətinin şanlı tarixinin dönüş nöqtəsi

30 avqust tarixi Türkiyədə Zəfər Bayramı kimi qeyd edilir.

Yenicag.az xəbər verir ki, bu tarix Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətinin işğalçı ölkələr arasında bölüşdürülməsi planlarının qarşısının alınması ilə əlamətdardır.

Məhz o zaman Mustafa Kamal Paşanın başçılıq etdiyi vətənpərvər qüvvələr iflasa uğramış xanədanlıqdan bugünkü Türkiyə Cümhuriyyətini qurmaq üçün böyük mübarizə apararaq qurbanlar verdilər.

Türkiyə Cümhuriyyətinin qurulmasının başlanğıcı olan bu tarixlə bağlı daha ətraflı məlumatı BURADAN əldə edə bilərsiniz.