Argentinalı futbolçunun üzündə iflic aşkarlandı

media-hightechnic-468x90

Argentina millisinin və Meksikanın “Monterrey” klubunun futbolçusu Lukas Okamposun üzünün sol tərəfində iflic aşkarlanıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İflicin virus mənşəli fəsadlar nəticəsində yarandığı ehtimal olunur. 31 yaşlı yarımmüdafiəçiyə ilkin olaraq 7 günlük istirahət verilib.

Bu müddətdən sonra o, müayinədən keçəcək və nəticələr əsasında məşqlərə qayıdışla bağlı qərar veriləcək.

Qeyd edək ki, Lukas Okampos 2024-cü ildən “Monterrey”in heyətində çıxış edir. Futbolçu bu mövsüm 21 oyunda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05