!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

330 manat pensiya ilə dolanan MƏŞHUR AKTYOR: “Təkcə dərmana 640 manat vermişəm”

!Reklam – Yazi

“Yaşa görə 330 manat pensiya alıram, özünüz fikirləşin, bu pulla necə dolanmaq olar?”

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktyor Allahverdi Yolçuyev deyib.

Parkinson xəstəliyinə görə əməliyyat olunan aktyor hazırda özünü yaxşı hiss etdiyini bildirib. O hətta zarafatından da qalmayıb:

“Əməliyyatdan sonra səhhətimdə problemlər aradan qalxdı. Maaş alanda əlimin əsməsi dayanır, maaşı xərcləyəndən sonra yenidən əsməyə başlayır. 330 manat pensiya alıram, özünüz fikirləşin bu pulla necə dolanmaq olar? Bu yaxınlarda dərmanlarıma 640 manat pul vermişəm. Aldığım pul heç dərmanıma bəs etmir”.

Sənətçi “yaradıcılığınızda hansı yeniliklər var” sualını da cavablandırıb:

“Mozalan”ı bərpa etmək istəyirlər. Məni də dəvət ediblər, artıq çəkilişlərə başlayacağıq. Həm başım qarışar, həm də maddi cəhətdən vəziyyətimə təsir edər”.

Cəvahir

www.yenicag.az

338
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv