Qəzzadan daha 100 nəfər Türkiyəyə təxliyyə ediləcək

media-hightechnic-468x90

Bu gün Qəzzadan daha yüz nəfərin Türkiyəyə təxliyyəsi nəzərdə tutulur.

Yenicag.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli söyləyib.

XİN nümayəndəsi deyib: “Vəziyyətdən asılı olaraq, şərtlər dəyişmədiyi təqdirdə Türkiyə vətəndaşları və onların ailə üzvləri olmaqla, daha yüz nəfərin təxliyyəsi planlaşdırılır”.

Noyabrın 18-də Qəzzadan təxliyə edilən 44 nəfər bu gün Türkiyəyə gətiriləcək. Onların arasında türklərlə yanaşı, Şimali Kipr Türk Cümhuriyyəti vətəndaşları və onların ailə üzvləri də var./Azertag/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa