Ötən il üzrə büdcə planlarının icrasına dair monitorinqin nəticələri açıqlandı

media-hightechnic-468x90
  • Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Ortamüddətli xərclər çərçivəsi (OMXÇ), proqram və nəticə əsaslı büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan sektorlarda büdcə planlarının icrasına dair 2024-cü il üzrə nəticələr açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, monitorinq nəticələri OMXÇ, proqram və nəticə əsaslı büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan “Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” sektorlarını əhatə etməklə, qeyd olunan sektorlar üzrə strateji hədəflərin və nəticə göstəricilərinin icra vəziyyəti, tədbirlərin icrası üçün ayrılmış vəsaitlərin istifadəsi, onlar arasında uyğunluğun təhlili, metodoloji tövsiyələr və digər məsələləri əks etdirir.

Sənəd Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”na və “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsinin hazırlanması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 yanvar tarixli 49s nömrəli Sərəncamına əsasən hazırlanaraq dərc olunur.

Monitorinqin nəticələri ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:

https://www.maliyye.gov.az/scripts/pdfjs/web/viewer.html?file=/uploads/news_files/68a2ce087442d.pdf/trend

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa