AMB Rabitəbankı 1857.54 manat cərimələdi

media-hightechnic-468x90

Bank sistemində likvidliyin effektiv idarə edilməsi və likvidliyin konsentrasiyasının azaldılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məcburi ehtiyat normaları alətindən istifadə olunur.

media-banner_tuq

Yenicag.az AMB-yə istinadən xəbər verir ki, banklara tətbiq edilən məcburi ehtiyatlar üzrə tələblər “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunla (Qanun) yanaşı, Mərkəzi Bankın “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması” Qaydası (Qayda) ilə tənzimlənir. Bundan irəli gələrək, banklar tələb olunan məcburi ehtiyatların Qaydaya müvafiq surətdə Mərkəzi Bankda olan müxbir hesablarında saxlanmasını təmin etməlidirlər.

15.07.2025-14.08.2025-ci il tarixlərini əhatə edən saxlama dövründə “Rabitəbank” ASC manatla məcburi ehtiyatları tələb olunan normadan az saxlamaqla Qaydanın tələblərinə riayət etməmişdir. Bundan irəli gələrək, Qanunun 32-ci maddəsinə müvafiq olaraq Mərkəzi Bank tərəfindən “Rabitəbank” ASC-yə qarşı 1857.54 manat (min səkkiz yüz əlli yeddi manat əlli dörd qəpik) məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05