ABŞ Aya süni intellektlə işləyən dronlar göndərəcək

media-hightechnic-468x90
NASA Ayda baza qurarkən süni intellektlə (AI) işləyən dronlardan istifadə etməyi planlaşdırır.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ kosmik agentliyinin Ay bazasının yaradılması proqramının rəhbəri Karlos Qarsia-Qalan “RİA Novosti” nəşrinə bildirib.
“Süni intellekt əsas istiqamətlərdən biridir. Əgər dronun nə etməli olduğunu təsəvvür etsək – əraziləri araşdırmaq və uyğun eniş yerlərini tapmaq, o zaman AI buna əhəmiyyətli dərəcədə kömək edə bilər”, – deyə Qarsia bildirib.
O əlavə edib ki, ABŞ hələ ki, Ay stansiyasının layihələndirilməsinin ilkin mərhələsindədir.
Qeyd edək ki, may ayında NASA 2032-ci ilə qədər Ay səthində yaşayış üçün yararlı bazanın yaradılması üzrə üç mərhələli planı elan edib./oxu.az/
media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05