ABŞ pasportu tarixi antirekordunu yenilədi

media-hightechnic-468x90

ABŞ pasportu təsir reytinqində 10-cu yerə düşüb. Bu da onun tarixdəki siyahıda ən aşağı mövqeyidir.

Yenicag.az xəbər verir ki, bu barədə “The Washington Post” “Henley Passport Index”in məlumatlarına istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, Amerika pasportu indi təsir baxımından Litva və İslandiya pasportu ilə müqayisə oluna bilər.

2014-cü ildə bu reytinqə başçılıq edən ABŞ indi vizasız səyahət üçün mövcud olan ölkələrin sayına görə Sinqapur, Yaponiya, Cənubi Koreya, Danimarka, Finlandiya, Fransa, Almaniya, İrlandiya, İtaliya və İspaniyanı geridə qoyur.

“Dəyişiklik viza nəzarətini gücləndirən Trampın ikinci administrasiyası dövründə ABŞ-nin dünya səhnəsindəki rolunda dəyişikliklər fonunda baş verir”, – nəşr bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600