“ABŞ Türkiyəni PKK-ya dəyişmədi” – Terrora qarşı SIFIR TOLERANTLIQ

media-hightechnic-468x90

“2024-cü il dekabrın 8-də Əsədin devrilməsi ilə Bəəs rejimlərinin dövrü başa çatdı. Sovet İttifaqı dağıldıqdan sonra bir sovet sonrası rejim kimi varlığını davam etdirən Bəəs rejimi PKK terror təşkilatına Rusiya nəzarətində Türkiyəyə qarşı silahlı mübarizə aparmaq üçün zəmin yaratmışdı. Əsəd devrildikdən sonra PKK bölgədə tək qaldı və özünə yeni himayədarlar axtarmağa başladı”.

Bunu Yenicag.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.

media-hasan-oktay1

O, bölücü terror təşkilatı olan PKK-nın özünü buraxmasından sonra regionda baş verən proseslər, o cümlədən Abdullah Öcalanın azadlığa buraxılması məsələlərini şərh edib.

H. Oktayın fikrincə, İsrail-ABŞ ittifaqı PKK-nı Türkiyəyə qarşı istifadə etməklə bağlı bəzi cəhdlər etsə də, nəticə etibarilə, ABŞ bölgədə bir terror təşkilatı ilə eyniləşdirilmək əvəzinə, müttəfiqi olan Türkiyə ilə birgə hərəkət etməyi üstün tutdu:

“Bu da PKK-nı silahları yerə qoymağa məcbur etdi. Burada Türkiyənin qətiyyətli mövqeyi və ardıcıl mübarizəsi də təşkilatın bu qərarı verməsində mühüm rol oynadı. İsrailin, Türkiyənin bölgədəki məsələlərə yanaşmasına cavab olaraq PKK vasitəsilə Ankara ilə mübarizə aparmağa çalışması isə keçici bir səydən ibarətdir. Hazırda PKK-nın silah qoyma mərasimlərindən sonra ortaya qoyduğu tələblərin – Abdullah Öcalanın azadlığa buraxılması kimi səsləndirilməsi, ya onun çəkdiyi videonu düzgün anlamamaları, ya da təşkilat daxilində İsrail tərəfdarı qrupların təşəbbüsü ələ keçirmə cəhdi kimi qiymətləndirilə bilər. Çünki Öcalan həmin videoda “öz azadlığımı deyil, xalqın gələcəyini düşünürəm” ifadəsini işlətdiyindən, onun azadlığa çıxması hazırda gündəmdə deyil”.

Həmsöhbətimiz əlavə edib ki, əgər təşkilat silahları yerə qoymaqdan başqa bir yol xəritəsini rəhbər tutarsa, Türkiyənin indiyə qədər terrorla mübarizədə göstərdiyi qətiyyət daha da artacaq və bu dəfə terrora əl atan heç bir şəxsin bölgədə yaşamasına imkan verilməyəcək:

“Türkiyə Atatürkün qurduğu, dünyəvi, demokratik, müasir, bərabərlik və insan haqları prinsiplərinə əsaslanan konstitusion sistem daxilində yaşayan hər bir vətəndaşını bərabər görür. Bölgədə Britaniya və Fransanın formalaşdırdığı İraq, Suriya və Livan modellərinin Türkiyə Cümhuriyyətinə tətbiq olunması mümkün deyil. Əgər Yaxın Şərqə sabitlik və rifah gələcəksə, bu yalnız Atatürkün qurduğu sistemlə baş verə bilər. Türkiyə bu prinsipi hər fürsətdə dilə gətirir və reallaşdırmaq üçün də terrorun kökünü tamamilə kəsməkdə qətiyyətlidir”.

Rafi Müslümov

 

 

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600