ABŞ Yaxın Şərqə 120 min əsgər göndərəcək – SƏBƏB

ABŞ Yaxın Şərqə 120 min əsgər göndərməyi planlaşdırır.

Yenicag.az “The New York Times” qəzetinə istinadən xəbər verir ki, bu barədə qərar ötən həftə Trampın Beynəlxalq Təhlükəsizlik Komitəsinin üzvləriylə görüşündə müzakirə olunub.

Verilən məlumata görə, buna səbəb İranın mümkün hücumunun və nüvə fəaliyyətinin qarşısını almaqdır.

Planla bağlı son qərarı Donald Tramp verəcək.

Ekspertlərin rəylərinə görə, bir ay ərzində hərbçilərin Yaxın Şərqə yollanacağı gözlənilir.