İranı etiraz dalğası bürüdü – Aksiyaya “Pəhləvilər qayıtsın” şüarı damğasını vurdu - VİDEO
İranda etirazlar yenidən güclənib və bir çox şəhərə yayılıb. Təbriz, Tehran və digər iri şəhərlərdə camaatın beşgünlük tətillərə qoşulduğu, ticarətçilərin işlərini dayandırdığı bildirilir.
Yenicag.az xəbər verir ki, gecə saatlarında Tehran, Həmədan, Ərak və Sabzevar kimi şəhərlərdə etirazçılar küçələrə çıxaraq hökumət əleyhinə şüarlar səsləndiriblər. Bəzi şəhərlərdə “Cavid Şah” və “Pəhləvi qayıdacaq” kimi şah tərəfdarı şüarlar diqqət çəkib, digərlərində isə ali rəhbərliyə qarşı narazılıqlar dilə gətirilib.
Təhlükəsizlik qüvvələri şəhərlərdə nəzarəti gücləndirib. Karac şəhərində körpülərin altına qoşunlar yerləşdirilib və bəzi bölgələrdə etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib. Nümayişlər zamanı ciddi yaralananlar olduğu bildirilir.
Bu vəziyyət ölkə daxilində gərginliyi artırmağa davam edir. Etirazların qarşıdakı günlərdə daha geniş yayılacağı proqnoz edilir. Etirazların İranın getdikcə pisləşən iqtisadi vəziyyəti ilə bağlı olduğu bildirilir.
Amir Aqiloğlu












