Ağdaşda bədbəxt hadisə: Qolu kəsildi

media-hightechnic-468x90

Mayın 6-da saat 15 radələrində Ağdaş rayonu, Qarağan kəndi ərazisində yerləşən sexdə fəhlə işləyən İlkin Məcidovun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağdaş rayon prokurorluğundan Yenicag.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, İlkin Məcidov məişət tullantılarının emalı və plastik məmulatları sexində işlək vəziyyətdə olan dəzgaha müdaxilə edərkən sol qolunun amputasiyası ilə nəticələnmiş xəsarət alıb.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa