Almaniya hökuməti yüzlərlə əfqanın ölkəyə qəbulundan imtina etdi

media-hightechnic-468x90

Almaniya hökuməti hazırda bu ölkəyə gəlmək üçün Pakistanda gözləyən əfqan vətəndaşların qəbulunu dayandırır.

Yenicag.az “Welt” nəşrinə istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyinin nümayəndəsi təxminən 640 nəfərə yaxın günlərdə qəbul üçün artıq siyasi marağın olmaması barədə məlumat veriləcəyini bildirib. Həmin şəxslər üçün geri dönüş imkanları və ya üçüncü ölkəyə çıxışla bağlı dəstək təklif ediləcək. Onların əksəriyyəti Əfqanıstanda Taliban hakimiyyətinə qarşı çıxan və ictimai həyatda fəal olan şəxslərdir. Almaniyanın qəbul proqramlarının dayandırılması, Əfqanıstanda alman təşkilatları üçün çalışmış şəxsləri də əhatə edir. Daxili İşlər Nazirliyi həmin şəxslərin köməksiz qalmayacağını və sığınacaqlarda Almaniyanın dəstəyindən istifadə edə biləcəklərini açıqlayıb.

Almaniyada fəaliyyət göstərən 250-dən çox təşkilat hökumətə açıq məktub ünvanlayaraq, əfqan vətəndaşlara vəd edilmiş qəbul proqramlarını reallaşdırmağa çağırıb.

Hazırda Pakistanda təxminən 1800 əfqan vətəndaşı Almaniyaya qəbul edilmək üçün gözləyir. Onların 70 faizdən çoxu qadın və uşaqlardır. Pakistan hökuməti onlara ilin sonuna qədər ölkəni tərk etməyəcəkləri təqdirdə Əfqanıstana deportasiya olunacaqları barədə xəbərdarlıq edib

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa