Türkiyə sahillərində PUA tapıldı
Türkiyəni şimalındakı Filyos şəhəri yaxınlığında, Qara dəniz sahilində hərbi təyinatlı olduğu ehtimal edilən pilotsuz uçuş aparatı (PUA) tapılıb.
Yenicag.az İHA agentliyinə istinadən xəbər verir ki, dronun tapılması barədə təcili xidmətlərə yerli sakinlər məlumat veriblər.
Qısa müddət sonra hadisə yerinə jandarm bölmələri gəlib. Ərazi əhatəyə alınıb, mümkün partlayıcı maddələrin olması ehtimalı ilə əlaqədar istehkamçılar cəlb olunub.
Mütəxəssislər, həmçinin aparatın hansı ölkəyə məxsus olduğunu və Qara dənizə necə düşdüyünü müəyyənləşdirmək məqsədilə PUA-nın texniki araşdırılmasına başlayıblar.
Xatırladaq ki, Türkiyənin Qara dəniz sahillərində dəfələrlə dronlar tapılıb.













