Anar Məmmədlinin cinayət işi məhkəmə baxışına verildi
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Yenicag.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Vəkil Elçin Sadıqov cinayət işinə xitam verilməsi ilə bağlı vəsatət qaldırıb.
Vəsatət təmin olunmayıb.
Məhkəmənin qərarı ilə baxış iclası iyulun 7-nə təyin edilib.
Qeyd edək ki, Anar Məmmədli ötən ilin aprel ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Anar Abdullayev isə aprelin 8-də iş üzrə təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, onlara qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə ittiham irəli sürülüb./apa