“Yaltaqlıq insanın dəyərsizliyinin bir göstəricisidir”.
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Kazım Sübhan sosial şəbəkə hesabındakı paylaşımında vurğulayıb.
O, yaltaq insanlarla bağlı fikirlərini bölüşüb və yaltaqlığı xarakter zəifliyi kimi dəyərləndirib:
“Yaltaqlıq elə bir keyfiyyətsiz xüsusiyyətdir ki, insanın özü bunu normal hesab edir, amma ətrafdakı hər kəs fərqinə varır və iyrənir. Əslində, yaltaqlıq insanın dəyərsizliyinin bir göstəricisidir. Kimlərinsə yanında görünmək, onlara süni hörmət göstərmək və bununla özünü yüksəltmək istəyənlər anlamırlar ki, bu, sadəcə olaraq, xarakter zəifliyidir. İnsanın dəyəri onun dürüstlüyü və şəxsiyyəti ilə ölçülür!”
Nehru
www.yenicag.az