“Araz-Naxçıvan” daha bir futbolçu ilə müqaviləni yenilədi

media-hightechnic-468x90

Növbəti mövsüm üçün heyətini formalaşdırmaq istiqamətində işləri davam etdirən “Araz-Naxçıvan” Miço Kuzmanoviçlə yeni müqavilə imzalayıb.

Klubdan Yenicag.az-a verilən məlumata görə, Bosniya və herseqovinalı yarımmüdafiəçi qarşıdakı 1 ildə də Naxçıvan təmsilçisinin formasını geyinəcək.

O, ötən mövsüm də bu komandanın heyətində çıxış edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Kristian Avram, Vadim Abdullayev, Nunu Rodriges, İqor Ribeyru, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli, Tərlan Əhmədov, Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovla müqavilə bağlayıb.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600