!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aşıq Zülfiyyə ilk dəfə ETİRAF ETDİ: “Buna görə yoldaşım əsəbiləşirdi”

!Reklam – Yazi

“Səhnədə mənə gül veriləndə, həyat yoldaşım çox əsəbiləşirdi”.

Yenicag.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə İbadova efirdə deyib.

Sənətçi yeni ailə qurduğu vaxtlarda həyat yoldaşının onu qısqandığını, səhnədə olmaq üçün qayınatası və qayınanasından dəstək aldığını bildirib:

“Yeni ailə qurduğumuz vaxtlarda həyat yoldaşım məni çox qısqanırdı. Səhnədə mənə gül gətiriləndə, çox əsəbiləşirdi. Tərslikdən də gül gətirənlərin çoxu gənc oğlanlar idi. Yoldaşım mənə deyirdi ki, o gülləri götürmə, səhnədən çıx. Mən də deyirdim, səhnədən necə çıxım.

Qayınatam isə yoldaşımı danladı, ürəyimə yağ kimi yayıldı. Qayınanam da başa saldı ki, həyat yoldaşın sənət adamıdır, sən onunla evlənəndə bunu bilirdin ki, ona gül də gətiriləcək, hədiyyə də veriləcək. Bunu normal qarşılamalısan. Əslində. mən də bunu normal qarşılayırdım, çünki kişi elə kişi kimi olmalıdır”.

Nehru

www.yenicag.az

262
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv