Aşura günündə qanvermə aksiyasının DİNİ ƏSASI: İlahiyyatçıdan AÇIQLAMA

media-hightechnic-468x90

 

Aşura günündə ölkədə geniş şəkildə təşkil edilən qanvermə aksiyaları həm humanitar, həm də mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir. Bu müqəddəs gündə ehtiyacı olanlara yardım etmək məqsədilə keçirilən aksiyalar hər il minlərlə insanın həyatının xilas olunmasına töhfə verir.

Yenicag.az-a açıqlama verən ilahiyyatçı Hacı Nizami Rza qanvermənin dini əsası ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, qanvermə əməli birbaşa sədəqə kimi qəbul edilmir:

“Əsas odur ki, qandan sədəqə olmaz. Bu, birmənalıdır. Lakin xəstə insanın şəfa tapması üçün qan vermək çox böyük savabdır. İnsanların bütün bədən üzvləri Allah tərəfindən ona əmanət kimi verilmişdir və bu əmanəti qorumaq hər kəsin Allah qarşısında əsas borcudur.”

Hacı Nizami Rza vurğulayıb ki, “Xəstəyə qan verməklə onun sağalmasına kömək etmək Allah qarşısında çox qiymətli bir əməldir və savabı da böyükdür.” – deyə ilahiyyatçı vurğulayıb.

Məsimə Məmmədova

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600