Avropa İttifaqı 2,4 min ukraynalını müalicə üçün qəbul etdi

media-hightechnic-468x90

Avropa İttifaqı ölkələrinin 21-də 2,4 mindən çox Ukrayna vətəndaşı müalicə üçün qəbul edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

“Avropa Mülki Müdafiə Mexanizmi vasitəsilə 2400-dən çox ukraynalı xəstə bütün Avropadakı xəstəxanalara xüsusi müalicə üçün göndərilib”, – Avropa Komissiyasının (AK) məlumatında bildirilib.

AK bu şəxslərin xəstəxanalarda nə qədər qaldığını və onların hərbi və ya mülki şəxs olub-olmadığını dəqiqləşdirmir.

Qeyd edək ki, 2022-ci ildə Avropa İttifaqı və NATO münaqişə zamanı yaralanan və müxtəlif xəstəliklərə məruz qalan Ukrayna ordusunun hərbçilərinin Avropada tibbi yardım alması və reabilitasiyadan keçməsi barədə razılığa gəlmişdi./Azertag/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05