Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzaltdı

media-hightechnic-468x90

ff3e69b5d0565ce0313e7536ba33f366Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk və təşkilatın aparıcı dövlətləri olan Almaniya ilə Fransanın liderləri Angela Merkel və Fransua Olland Rusiyaya qarşı tətbiq olunmuş sektoral sanksiyaların müddətini Minsk sazişinin yerinə yetirilməsi ilə əlaqələndirmək barədə razılığa gəliblər.

Yenicag.az apa-ya istinadən bildirir ki, Tusk, Merkel və Olland arasında əldə olunan kompromis qərara əsasən Rusiyaya qarşı sanksiyaların müddəti 2015-ci ilin sonuna qədər uzadılacaq. Çünki Minsk sazişində Ukrayna-Rusiya sərhədinin nəzarətsiz hissəsinin məhz 2015-ci ilin sonuna qədər Kiyevin nəzarətinə qaytarılması nəzərdə tutulub. Əgər bu baş verərsə, Rusiyaya qarşı sanksiyaların ləğvi mümkün olacaq.

İyunda bitəcək sanksiyaların uzadılması məsələsinə Aİ-nin həmin ay keçiriləcək sammitində baxılacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600