Avropa Liqasının 1/8 final mərhələsində sabah keçirilməli olan “Sevilya” (İspaniya) – “Roma” (İtaliya) və “İnter” (İtaliya) – “Xetafe” (İspaniya) oyunları təxirə salınıb.
Yenicag.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı xəbər yayıb.
Bildirilib ki, koronavirus səbəbindən İtaliya və İspaniya arasındakı səyahət məhdudiyyətinə görə bu qərar qəbul edilib./Report/