Avropa niyə birdən-birə Fələstini TANIDI? – “Ərdoğanın çıxışından sonra...”

media-hightechnic-468x90

“Rəcəb Tayyip Ərdoğanın İsraillə bağlı fikirlərini Birləşmiş Millətlər kürsüsündən ifadə etməsi və bu prosesdə artıq Fələstini tanıyan ölkələrin sayının artmasının, yəni Avropada, xüsusən Fransa liderliyində İngiltərə və İngiltərəyə bağlı olaraq Kanada, Avstraliya, Yeni Zelandiya kimi ölkələrin də Portuqaliya ilə birlikdə Fələstini tanımaları yeni bir dövrü başlatdı”.

Bunu Yenicag.az-a açıqlamasında türkiyəli analitik Hüsaməddin İnaç deyib.

media-husameddin-inanc

O, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın BMT kürsüsündən Fələstin həqiqətləri ilə bağlı səsləndirdiyi fikirlərdən sonra bir sıra ölkələrin İsrailə qarşı apardıqları siyasətlərinin dəyişməsinin səbəblərini izah edib.

H İnaç qeyd edib ki, Ərdoğanın çıxışından sonra bir sıra ölkələrin İsrailə qarşı siyasətlərini dəyişməsinin səbəbləri var. Onun sözlərinə görə, dönüş nöqtəsi Qətərə edilən hücumdan sonra başladı:

“Körfəz ölkələri başda olmaqla Orta Şərq ABŞ-nin təhlükəsizlik memarlığına inamını itirdi. Bu isə regionun yeni dizaynında dönüş yaratdı və Türkiyəni ön plana çıxardı. Avropanın Fələstini tanımasında səmimiyyət çatışmır. Avropa, Ukraynada istədiklərinə nail ola bilmədiyi üçün Amerikaya təzyiq vasitəsi kimi Fələstini tanıdı. Digər tərəfdən, Avropa liderləri hesab edirlər ki, İsrailin arxasında gedən ABŞ Orta Şərqdə nüfuz itirəcək və yaranacaq boşluğu Rusiya və Çin deyil, məhz Avropa doldurmalıdır. Bu səbəbdən Ərdoğanla ciddi danışıqlar aparılır”.

Analitik Avropada yaşayan müsəlman icmasına da diqqət çəkib:

“Avropada 30 milyondan çox müsəlman vətəndaş var. Onların narazılıqlarını azaltmaq üçün həmin dövlətlər Fələstini tanımağa yönəlirlər. Qəzza mövzusunda Trampın bir sıra müsəlman liderlərlə görüşü keçirildi və nəticə bəyanatı gözlənilsə də, hələ dərc olunmayıb. ABŞ-nin planı var: 20 günlük atəşkəs, İsrailin Qəzzadan tam çıxması və ərəb ölkələrinin oraya yerləşdirilməsi nəzərdə tutulur. Bu mərhələdə Türkiyənin aktiv rolu gözlənilir. Tramp ilə Ərdoğan arasındakı xüsusi münasibət İsrailə qarşı ciddi sanksiya təhdidi yarada bilər”.

Onun fikrincə, Tramp-Ərdoğan görüşü, eləcə də Tramp–Netanyahu görüşü həlledici xarakter daşıyır:

“Görünən odur ki, Netanyahu geri addım atmaq niyyətində deyil. Amma Ərdoğan inandırıcı liderdir. Orta Şərqin yenidən dizaynında Amerikanın Türkiyəyə, Avropanın isə yeni təhlükəsizlik memarlığında Ankaraya ehtiyacı var. Bu da Türkiyənin müəyyənedici rolunu artıracaq”.

İnaç əlavə edib ki, Türkiyənin rəhbərliyi ilə İsrailin dalana sıxışdırılması və müharibədən sonrakı “yeni Qəzza planı”nın gündəmə gətirilməsi mümkündür:

“BMT-də artıq əsas mövzu Qəzzadır. Bundan sonra orada hansı idarəetmənin hakim olacağı müzakirə edilir. Mən İsrailin dalana dirəndiyini, beynəlxalq arenada təcrid olunduğunu görürəm. Netanyahu tək qalıb və bütün dövlətlər soyqırımı iddialarına qarşı sərt reaksiya verir. İndi İsrailə qarşı real sanksiyalar gündəmə gələ bilər. Qəzza məsələsində Netanyahu istəməsə belə, ABŞ tərəfindən dəstəklənməyə məcbur edilən bir planın qəbul ediləcəyi ehtimalı çox yüksəkdir”.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa