NATO Ankara Bəyannaməsini qəbul etdi

media-hightechnic-468x90

Ankarada keçirilən NATO Liderlər Sammitinin yekununda “Ankara Bəyannaməsi” qəbul edilib.

media-banner_tuq

Yenicag.az APA-ya istinadla xəbər verir ki, Bəyannamədə müttəfiqlər kollektiv müdafiəyə və transatlantik birliyə sadiqliklərini bir daha təsdiqləyiblər.

Sənəddə Rusiyanın Avro-Atlantik təhlükəsizliyinə yaratdığı uzunmüddətli təhdid fonunda müdafiə imkanlarının gücləndiriləcəyi, 50 milyard ABŞ dollarından çox dəyərində yeni müdafiə satınalmalarının həyata keçiriləcəyi bildirilib.

NATO liderləri Ukraynaya dəstəyin davam etdiriləcəyini vurğulayaraq, 2026-cı ildə hərbi texnika, yardım və təlim məqsədilə 70 milyard avro ayrılacağını, 2027-ci ildə də ən azı eyni səviyyədə dəstəyin saxlanılacağını bəyan ediblər.

Bəyannamədə həmçinin İranın nüvə silahına malik olmamalı olduğu vurğulanıb və Tehran Hörmüz boğazında naviqasiya azadlığına hörmət etməyə çağırılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05