Avtobusun kanala aşması nəticəsində 35 nəfər ölüb

media-hightechnic-468x90

Bus+Crashes+River+Suzhou+a7sUHdgv-d_lMisirdə avtobusun kanala aşması faciə ilə nəticələnib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, qəza nəticəsində 35 nəfərin öldüyü açıqlanıb.

Avtobus özəl tikinti şirkətinin işçilərini daşıyırmış. Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. İlkin ehtimal kimi qəzaya yüksək sürət həddinin səbəb olduğu deyilir.

Yerli polisin bildirdiyinə görə, avtobus dairəvi yolda hərəkət zamanı idarəetmədən çıxaraq estakadadan kanala aşıb.

Ölü sayının artacağı gözlənilir. Məlumata görə, avtobusda 56 nəfər olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600