“Efirdə mənəm, məndən danış. Onun yaxşı, ya pis oxumağını guya sən bilmirsən? Ara qarışdırıb, dava edirsən”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova efirdə deyib.
Sənətçi ad çəkmədən ara qarışdıran aparıcıya səslənib və onlara görə efirə çıxmadığını bildirib:
“Bəsdirin, ayıbdır. Ona görə mən efirlərdə yoxam. Onun qiyməti neçəyədir, bu, niyə belədir, o yaxşı oxuyur, ya bu… Mənim nəyimə lazımdır. Efirdə mənəm, məndən danış. Onun yaxşı, ya pis oxumağını guya sən bilmirsən? Ara qarışdırıb, dava edirsən. Ayıb deyil, biz üz-üzə gələk? Mənim halım, ya səbrim var, onunla məhkəmədə görüşək. Ayağım boyda uşaqla məhkəməyə gedəcəyəm? Ya da özümdən yaşda böyük bir nəslin nümayəndəsi ilə üz-üzə gəlməliyəm? Nədir-nədir aparıcılıqdan xəbəri olmayan onu qızışdırır? Belə şey olur?”
Nehru
www.yenicag.az