Aylıq gəliri 8 min manatdan çox olanlar sosial vergini fərqli formada ödəyə bilər

media-hightechnic-468x90

Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş sosial verginin ödənilməsi qaydası dəyişə bilər.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənədə əsasən, gələn ildən aylıq gəlir yalnız 200 manatdan 8 000 manata qədər olduqda sığortaolunan 6 manat + 200 manatdan 8000 manata qədər olan hissənin 10 %-i qədər, sığortaedən isə 44 manat + 200 manatdan 8 000 manata qədər olan hissənin 15 %-i qədər sosial sığorta haqqı ödəyəcək (sosial vergi yükü – 25 %).

Aylıq gəlir 8 000 manatdan çox olduqda isə sığortaolunan 786 manat + 8 000 manatdan çox olan hissənin 10 %-i qədər, sığortaedən isə 1 214 manat + 8 000 manatdan çox olan hissənin 11 %-i qədər sosial sığorta haqqı ödəyəcək. (sosial vergi yükü – 21 %).

Aylıq gəlir 200 manata qədər olduqda isə hazırda qüvvədə olan qaydada sığortaolunan 3 %, sığortaedən isə 22 % sosial sığorta haqqı ödəyəcək (sosial vergi yükü – 25 %).

Xatırladaq ki, 2019-cu il yanvarın 1-dən 7 il müddətinə sözügedən kateroyaya aid şəxslərin aylıq gəliri 200 manatdan çox olduqda sığortaolunanın gəlirlərindən 6 manat + 200 manatdan çox olan hissənin 10 %-i, sığortaedənin vəsaitindən isə 44 manat + 200 manatdan çox olan hissəsinin 15 %-i qədər sosial sığorta haqqı tutulur.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05