Azərbaycan nefti bahalaşdı

media-hightechnic-468x90

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 18-də 80,66 dollar/barrel təşkil edib ki, bu da bazar ertəsi gününə olan göstəricidən 0,75 dollar/barrel çoxdur.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 18-də 79,94 dollar/barrel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,75 dollar/barrel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 18-də 77,57 dollar/barrel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,55 dollar/barrel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə sentyabrın 18-də 79,1 dollar/barrel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,81 dollar/barrel çoxdur.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600