Azərbaycan və Serbiya arasında "2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq Planı" imzalanıb
Azərbaycan ilə Serbiyanın Müdafiə Nazirlikləri arasında “2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq Planı” imzalanıb.
Yenicag.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Azərbaycan və Serbiya Müdafiə nazirlikləri nümayəndələrinin iştirakı ilə “İkitərəfli hərbi əməkdaşlıq danışıqları”keçirilib.
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə tərəflər arasındakı hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, eləcə də qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. 2025-ci il üçün hərbi əməkdaşlıq planında nəzərdə tutulmuş fəaliyyətlərin implementasiyasından məmnunluq ifadə edilib.














