İsrail HƏMAS-ın beş üzvünü öldürdüyünü açıqladı

media-hightechnic-468x90

İsrail hərbçiləri son bir həftə ərzində Qəzza zolağının şimal hissəsində HƏMAS-ın hərbi qanadının beş üzvünü zərərsizləşdirib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qurumun iddiasına görə, onlar Fələstin anklavında fəaliyyət göstərən İsrail hərbçilərinə qarşı hücumlar hazırlayırdılar.

Öldürülənlər arasında HƏMAS-ın tank əleyhinə diviziyasının operatoru Vael Mahmud Əli Ləbəd, operator Muaz Məhəmməd Həsən Əhməd, HƏMAS-ın hərbi qanadının taqım komandiri Sameh Əbu Kamil və snayper Əkrəm Əşrəf Həməd Ləbəd var.

Bundan əlavə, HƏMAS-a məxsus raket buraxılış qurğuları olan obyektlər də məhv edilib.

Həmçinin Qəzzanın cənubunda HƏMAS-ın hərbi qanadının taqım komandiri Adel Cihad Məhəmməd Əsfur öldürülüb.

“Bütün müharibə ərzində Əsfur Qəzza zolağında fəaliyyət göstərən İsrail Müdafiə Ordusunun hərbçilərinə qarşı snayper hücumları və partlayıcı qurğulardan istifadə etməklə hücumlar həyata keçirib”, – İsrail hərbçiləri iddia edirlər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05