"Azərbaycana qarşı təxribatların arxasında beynəlxalq güclərin narahatlığı dayanır" - Politoloq

media-hightechnic-468x90

“Azərbaycana qarşı təxribatlar təsadüfi deyil”

Bunu Yenicag.az-a açıqlama verən politoloq Samir Hümbətov, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun bəzi güclərin maraqlarına zidd olduğunu və buna görə də, Azərbaycana qarşı təxribatların baş verməsinin təsadüfi olmadığını bildirib.
Politoloq qeyd edib ki, müstəqilliyimizin ilk illərində Ermənistan və onu dəstəkləyən qüvvələr tərəfindən torpaqlarımız işğala məruz qalmışdı.

media-hq720-2

“ Həmin dövrdə Silahlı Qüvvələrimiz çox ağır tarixi sınaq qarşısında qaldı. Lakin xalq olaraq toparlandıq, ayağa durduq və torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizəyə qalxdıq. Bu, Azərbaycan Silahlı Qüvvələrinin xalqımıza verdiyi ən böyük və əvəzolunmaz töhfədir.”

Hümbətov vurğulayıb ki, bu proses, həmçinin müstəqilliyimizin əbədi olması və suverenliyimizin bərpası, Ulu Öndər Heydər Əliyevin siyasətinin uğurla davam etdirilməsi nəticəsində mümkün olub.

“Azərbaycan Silahlı Qüvvələrinin xalqımıza verdiyi ən böyük töhfə, torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin suverenliyinin bərpasıdır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında və Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə biz böyük qələbələr qazandıq”, – deyə politoloq bildirib.

Samir Hümbətov əlavə edib ki, Azərbaycanın beynəlxalq miqyasda güc qazanması və strateji addımlar atması nəticəsində ölkəmiz müasir dövrün qalib dövlətinə çevrilib. O, ölkəmizə qarşı baş verən təxribatların bəzi güclərin Azərbaycana qarşı düşmən münasibətindən qaynaqlandığını bildirib:

“Azərbaycanın beynəlxalq arenada güclənməsi, bəzi dövlətlər tərəfindən qəbul edilə bilməz. Buna görə də, Azərbaycana qarşı müxtəlif təxribatların baş verməsi heç də təsadüfi deyil. Ancaq biz həmişə olduğu kimi, bu problemlərin öhdəsindən uğurla gələcəyik”, – deyə Hümbətov qeyd edib.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600