Azərbaycanda I yarımildə dövlət sifarişi ilə 58 milyon manatlıq ərzaq alındı
Bu ilin I yarısında Azərbaycanda dövlət sifarişi ilə 57 milyon 678 min manat dəyərində ərzaq məhsulları alınıb.
Yenicag.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, 6 ay ərzində dövlət vəsaitinə 3,2 % qənaət edilib.
Hesabat dövründə ərzağı 117 satınalan təşkilat elektron portal vasitəsilə müqavilə bağladığı 97 istehsalçı və satıcıdan 203 növdə olmaqla alıb.
Dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasını mərkəzləşdirilmiş qaydada nazirliyə məxsus “Aqrar Tədarük və Təchizat” ASC həyata keçirir./report