“Azərbaycanda müxalifət yoxdur“

media-hightechnic-468x90

iolp“Azərbaycanda müxalifət yoxdur. Azərbaycanda müxalifət adı altında çıxış edən bir qrup insanlar mövcuddur, onların da bir neçə çeynənmiş şüardan başqa heç bir şeydən başları çıxmır”.

Bu sözləri  Azərbaycan parlamentinin keçmiş sədri Rəsul Quliyev Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun müxalifətdəki yeri haqqında suallara cavab verərkən deyib. Onun sözlərinə görə, 1991-ci ildən bu günə qədər yaranmış partiyalar fəaliyyətsizlik səbəbindən tamamilə iflasa uğrayıb. Sabiq spiker bildirib ki, bu cür partiyalarda əsasən iki proses gedir:

“Hər seçkidən sonra bu partiyaları tərk edənlərin sayı ora gələnlərin sayından bir neçə dəfə çox olur. Bununla da partiya üzvlərinin sayı dəfələrlə azalıb. “15 min partiya üzvümüz var” deyənlərin faktiki bütün Azərbaycan üzrə heç 1500 üzvü də yoxdur. O üzvlərin də əksəriyyətini hökumət istədiyi kimi idarə edə bilər, sadəcə, buna ehtiyac hiss etmir”.

R.Quliyev müxalifətdəki bu cür böhranlı situasiyada R. İbrahimbəyovun statusuna rəy verməyin çətin olduğunu bildirib:

“Belə şəraitdə Rüstəm müəllimin olmayan müxalifət və ya olmayan Ziyalılar Forumunda rolunu necə qiymətləndirmək olar? Bilmirəm. Rüstəm müəllimin özü bir şəxsiyyətdir. Ona görə də o Azərbaycanda olanda ətrafına müəyyən ziyalılar toplaşırdı və müəyyən bir aktivlik fonu yaranırdı. İndi siz bir şəxsiyyət göstərin ki, onun ətrafına kimlərsə toplaşa bilsin, axtarmayın, çünki elə bir şəxsiyyət yoxdur. Bu sayda müxalifət partiyalarındansa, hökumətin siyasətini bəyənməyən və keçmişdə vəzifə tutan bir neçə məmur olsaydı daha çox effektli olardı. Hakimiyyət özünün qəbul etdiyi xarici və daxili siyasətini aparır və müxalifətin bunlarla əlaqədar hansı fikirdə olduğundan heç xəbəri də yoxdur. Hakimiyyəti iki-üç islam fundamentalisti daha çox maraqlandırır və qorxudur, nəinki öz namizədini seçilmiş prezident elan edən Milli Şura nümayəndəsi. Bu bayraq altında çıxış edən partiyalar. Hökuməti “biz yüz illik partiyayıq”, yaxud “min nəfərlik klub verin gücümüzü göstərək” deyənlərin də fikirləri maraqlandırmır. 100 ildə cəmi bir il parlamentdə təmsil olunan və sonradan hökuməti bolşeviklərə verən partiyadan əslində “siz nəyə görə 100 ildir yaşayırsınız” soruşmaq lazımdır. Azərbaycanda tam durğunluq hökm sürür. Qəzetlərini oxuyanların sayı azdır, heç 5 mini keçmir. Durğunluğun nəticəsində kitab oxuyanların sayı da yüz dəfə azalıb. Yeni fundamental musiqi yazan, kino çəkən, teatr üçün güclü əsərlər yazanlar demək olar yoxdur. Azərbaycanda 2000-ə yaxın şair-yazıçı mövcuddur. Bu insanların nə yazdıqları, kimlərin bu yazıları oxuduqları məlum deyil”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600