Keçid hökumətinin AĞIR MƏSULİYYƏTİ: “Əsəd sonrası Suriyanı xarici aktorların təsiri BOĞUR"

media-hightechnic-468x90

“Əsədsiz bir ilin yekunu göstərir ki, ölkənin tam bərpası uzunmüddətli və çox mürəkkəb proses olacaq.”

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib.

media-img_3719

Politoloq Suriyanın keçmiş prezidenti Bəşər Əsədin devrilməsinin bir ilinin yekunu haqqında danışıb. Z. Qarayeva keçid hökumətinin ağır məsuliyyəti öz üzərinə götürdüyünü diqqətə çatdırıb:

“Bəşər Əsədin hakimiyyətdən getməsindən sonra ötən bir il Suriya üçün həm yeni ümid dalğası, həm də ciddi çətinliklərlə dolu keçdi. Əsədin gedişi ölkədə onilliklər boyu davam edən avtoritar idarəetmənin sona çatması və siyasi keçid prosesinin başlanması kimi dəyərləndirilsə də, real həyatda dəyişikliklər gözlənildiyi qədər sürətli olmadı. Keçid hökuməti müxtəlif fraksiyalar arasında tarazlıq yaratmağa çalışsa da, ölkədə dərinləşmiş etimadsızlıq, silahlı qrupların mövcudluğu və xarici aktorların təsiri siyasi sabitliyə imkan vermədi. İnfrastrukturun dağıldığı, iqtisadiyyatın çökməkdə davam etdiyi, milyonlarla insanın humanitar yardıma möhtac olduğu bir şəraitdə yeni hakimiyyətin qarşısında duran yük son dərəcə ağırdır.”

Z. Qarayeva Suriyanın müharibədən öncəki halına dönməsinin mümkün, amma çətin proses olduğunu qeyd edib:

“Bununla yanaşı, Əsəd sonrası bir il Suriyada geosiyasi rəqabətin də daha kəskin forma aldığını göstərdi. Türklərin şimalda təhlükəsizlik zonası siyasəti, İranın şiə hərbi qrupları üzərindən təsirini qorumaq cəhdləri, ABŞ-ın enerji bölgələrində mövcudluğu və Rusiyanın yeni reallığa uyğun strategiya axtarışı ölkədə balansın bərpasını çətinləşdirir. Keçid hökumətinin islahat təşəbbüsləri beynəlxalq donorların şərtləri ilə üzləşir, daxildə isə ictimai gözləntilər sürətlə artır. Sosial-iqtisadi vəziyyətin kəskin yaxşılaşmaması və siyasi institutların zəifliyi səbəbindən Suriya hələ də sabitlikdən uzaqdır. Ümidlər olsa da, Əsədsiz bir ilin yekunu göstərir ki, ölkənin tam bərpası uzunmüddətli və çox mürəkkəb proses olacaq.”

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa